Dubay

    0 of 5 (No Comments)
    Dubay

    Dubai - United Arab Emirates

    people
    0 user booked

Total: 1 tour .    Showing 1 - 1 view all

Search for Tour

Not what you're looking for? Try your search again

Dubay turlari

Dubay turlari və dubaya tur paketleri üçün ən uyğun qiymətləri TurAxtar.com-da tapa bilərsiniz. Buyurun sizə dubay haqqında məlumat verək.

Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin “Coğrafiya kitabı”nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir..

Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir.

Lakin, bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.

Tarixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə qədər Dubay çox da böyük olmayan bir yaşayış məntəqəsi olub. Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər. Lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.

Bütün bu illər ərzində əmirliklər arasında sərhəd mübahisələri davam edirdi. Hətta Birləşmiş Ərəb Əmirlikləri yaranandan sonra belə, bu mübahisələr qalmaqda idi.

Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılmışdır. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968-73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdır.

1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu. Siz də bu gözəl diyarları görmək istəyirsinizsə Dubay turlarini saytımızda tapabilərsiniz

Loading Maps
View
Normal Midnight Family Fest Open dark Riverside Ozan
My Location Fullscreen
×

Get 10% off by liking our Facebook Page!

Please like our Facebook page and get 10% off from your cart.
All you have to do is to like our Facebook Page and confirm it with your email.

Note: The generated coupon number will be valid only after you confirm your email ownership.